İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək

2023/09/1694758932.jpg
Oxunub: 541     22:25     13 Mart 2025    
İsveç Ukraynaya 18 ədəd çoxməqsədli “Archer” özüyeriyən artilleriya qurğusu və 5 ədəd “Artur” əks-batareyalı radiolokasiya sistemi verəcək.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Pol Conson mətbuat konfransında bildirib.

“Ukraynanın artilleriyaya və artilleriya sursatlarına ciddi ehtiyacı var”, - nazir deyib.

Məlumata görə, bu dəstək paketinin ümumi dəyəri 3 milyard kron (300 milyon ABŞ dolları) təşkil edir. Vəsaitlərin bir hissəsi Danimarkanın təşəbbüsü çərçivəsində Ukraynanın müdafiə sənayesinə, o cümlədən 155 mm-lik sursatın və ya Ukraynanın təkərli özüyeriyən “Boqdana” haubitsasının istehsalına yönəldiləcək.

Qeyd edək ki, yardımın ayrılması yanvarın sonunda açıqlanıb və onun təfərrüatları bu gün açıqlanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   Ukrayna  


Bizi "telegram"da izləyin