Yunanıstan parlamentinin keçmiş sədri Konstaninos Tasulas prezident vəzifəsinə başlayıb, Katerina Sakellaropulunu əvəz edib.
Ordu.az xəbər verir ki, bu barədə Yunanıstan KİV-i məlumat yayıb.
Fevralda Yunanıstan parlamenti K.Tasulası respublikanın yeni prezidenti seçib. Səsvermənin dördüncü turunda o, 160 səs toplayıb. Səsvermədə parlamentin 300 üzvündən 276-sı iştirak edib. Seçilmək üçün namizədə 151 səs lazım idi.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Yunanıstan
Prezident