Tramp: Moskva Ukrayna ilə atəşkəslə bağlı müsbət siqnallar göndərir

2025/03/1741798399.jpg
Oxunub: 313     00:36     13 Mart 2025    
“Moskva Ukrayna ilə atəşkəslə bağlı müsbət siqnallar göndərir”.

Ordu.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə rusiyalı həmkarı Vladimir Putinlə təmaslar barədə sualı belə cavablandırıb.

Tramp Moskvadan tez cavab gözlədiyini vurğulayıb: “Tezliklə öyrənəcəyik, müsbət mesajlar alıram, amma müsbət mesajlar heç nə demək deyil”.

ABŞ prezidenti qeyd edib ki, vəziyyət çox ciddidir və münaqişə Üçüncü dünya müharibəsinə səbəb ola bilər: “Bu vəziyyətə ABŞ-nin keçmiş prezidenti Co Baydenin səriştəsizliyi səbəb olub”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Moskva   Ukrayna  


Bizi "telegram"da izləyin