Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək

2025/03/1741805638.jpg
Oxunub: 494     23:11     12 Mart 2025    
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bu həftə Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar aparmaq üçün Moskvaya səfər edəcək.

Ordu.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt “Fox News”a açıqlaması zamanı deyib.

"Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff rusları bu danışıqların bir hissəsi olmağa çağırmaq üçün bu həftə Moskvaya qayıdacaq və ümid edirik ki, onlar razılaşacaqlar", - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin