Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, müqavilənin gələn həftənin əvvəlində elan ediləcəyi gözlənilir.
Hava hücumundan müdafiə raketləri müxtəlif platformalarda istifadə olunacaq.
Yeni sifariş Fransa-İtaliya iqtisadi maraqlar qrupu (GIE) “Eurosam”a veriləcək. Bu qrup “MBDA France”, “MBDA Italy” və “Thales” şirkətlərindən ibarətdir. Bu sifarişlə yanaşı, Paris, London və Roma administrasiyaları istehsalçılardan əvvəlki sifarişlərin çatdırılma proseslərinin sürətləndirilməsini də tələb edəcək.
Bundan əvvəl, 2022-ci ilin dekabrında Fransa və İtaliya “Eurosam”a təxminən 700 ədəd “Aster” raketinin istehsalı üçün müqavilə barədə məlumat verib.
MBDA “Aster” raketlərinin istehsal müddətini 2022-ci ildəki 42 aydan 2026-cı ilə qədər “18 aydan az”a endirməyi planlaşdırır. Eyni zamanda, istehsalın 50% artırılması da hədəflənir.
Sevinc Əliyeva
Ordu.az