Ordu.az xəbər verir ki, Danimarka Müdafiə Nazirliyi Norveçin “Kongsberg Defence & Aerospace” şirkəti ilə Dəniz Hücum Raketlərinin (NSM) tədarükü üçün təqribən 179 milyon avro (2,1 milyard Norveç kronu) dəyərində müqavilə imzalayıb.
Bu modernləşdirmə hərəkəti Danimarka Kral Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Iver Huitfeldt” sinfinə məxsus freqatlarının hücum gücünü əhəmiyyətli dərəcədə artıracaq.
Danimarka HDQ-nin hücum qabiliyyətini artırmaq üçün öz inventarındakı köhnə “Harpoon” raketlərini müasir Dəniz Hücum Raketləri (NSM) ilə əvəz etmək qərarına gəlib.
Norveçin müdafiə şirkəti “Kongsberg Defence & Aerospace” Danimarka Müdafiə Nazirliyinin Tədarük və Logistika Təşkilatı (DALO) ilə imzalanmış müqavilə çərçivəsində “Iver Huitfeldt” sinfinə məxsus freqatlar üçün NSM və müvafiq avadanlıqları təmin edəcək.
Sevinc Əliyeva
Ordu.az