Zelenski Ukraynanın yeraltı sərvətləri ilə bağlı sazişi imzalamaq üçün fevralın 28-də ABŞ-yə səfər edəcək

2025/02/1740593015.jpg
Oxunub: 557     22:01     26 Fevral 2025    
Ukrayna Prezidenti Volodimir Zelenski nadir torpaq mineralları ilə bağlı sazişi imzalamaq üçün fevralın 28-də Vaşinqtona səfər edəcək.

Ordu.az “BBC“yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nazirlər Kabinetinin ilk iclasında bildirib.

“Ümid edirəm ki, yatırdığımız bütün pulları geri alacağıq və daha çox qazanacağıq. Bu, nadir torpaq metalları və digər məsələlər üzrə çox böyük bir razılaşma olacaq. Artıq hər şey razılaşdırılıb. Biz bundan məmnunuq”, - Tramp qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   ABŞ  


Bizi "telegram"da izləyin