“Gökhan” raketi ilk dəfə “Kaan”ın yanında!

2025/02/1740214816.jpg
Oxunub: 621     13:59     22 Fevral 2025    
“Gökhan” raketi “Kaan” döyüş təyyarəsinin ilk prototipinin yanında görüntülənib.

Ordu.az xəbər verir ki, raketin tam miqyaslı modeli ilk dəfə görüntülənib.

Türkiyə müdafiə sənayesi yerli hava platformaları üçün döyüş sursatlarının hazırlanması istiqamətində işlərini davam etdirir.

Bir çox hava platformasının istifadə edəcəyi “Gökhan” raketi ilk dəfə olaraq “Kaan” döyüş təyyarəsi ilə görüntülənib. “Kaan” döyüş təyyarəsinin ilk uçuşunun ildönümü üçün video paylaşan TUSAŞ videoda “Gökhan” “ramjet” hərəkət sisteminə malik “hava-hava” raketinin tam miqyaslı modelinə də yer verib.


Raketin ümumi olaraq “Gökdoğan” və AIM-120 AMRAAM raketlərinə bənzədiyi, lakin bir az daha böyük çapa və “ramjet” mühərriki üçün hava girişinə sahib olduğu müşahidə olunub.

İlkin səviyyəli dizayn işləri artıq tamamlanan “Gökhan” raketinin sınaq və inkişaf etdirmə fəaliyyətləri TÜBİTAK-SAGE çərçivəsində eyni vaxtda davam edir.

“Gökhan” raketi üçün maye yanacaqla işləyən “ramjet” mühərrikinin hazırlandığı qiymətləndirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gökhan   Kaan   Türkiyə  


Bizi "telegram"da izləyin