IDEX 2025 başa çatıb

2025/02/1740211874.jpg
Oxunub: 393     09:10     22 Fevral 2025    
2025-ci il fevralın 17-21-də arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil edilən IDEX / NAVDEX 2025 müdafiə sərgisi başa çatıb.

Ordu.az xəbər verir ki, sərgi müdafiə sənayesi dünyasının mühüm toplantısına ev sahibliyi edib.

65-dən çox ölkədən 1700-dən çox şirkətin iştirak etdiyi sərgidə ən son müdafiə texnologiyaları və innovativ həllər nümayiş olunub.

Sərgidə 25,15 milyard AED dəyərində ümumilikdə 55 müqavilə imzalanıb və bu, mühüm kommersiya işbirliyinə gətirib çıxarıb. Bu rəqəmlərlə 2023-cü il sərgisi ilə müqayisədə 10% artım qeydə alınıb. Regional və beynəlxalq müdafiə nəhənglərinin görüşdüyü tədbir sektorun gələcəyinə işıq salıb.

Dünyanın müxtəlif ölkələrindən, xüsusilə də Körfəz ölkələrindən rəsmi nümayəndə heyətlərinin və müdafiə sənayesi istehsalçılarının iştirakı ilə keçirilən sərgidə yeni müdafiə texnologiyaları ziyarətçilərə təqdim edilib.

Sərgidə beynəlxalq konfranslar, yüksək səviyyəli dəyirmi masa görüşləri, innovasiya səyahəti və IDEX danışıqları kimi bir çox mühüm tədbirlər keçirilib.

IDEX 2027-nin keçiriləcəyi tarix də bəlli olub. Müvafiq olaraq, növbəti IDEX 2027-ci il yanvarın 21-25-də keçiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: IDEX-2025   NAVDEX-2025   Sərgi  


Bizi "telegram"da izləyin