Ordu.az xəbər verir ki, MKE baş direktorunun müavini Ümit Kıyak jurnalistlərə verdiyi açıqlamada “gəzən sursat” ailəsi layihəsi” hazırladıqlarını və ilk sınaqların mart ayının sonunda başlayacağını açıqlayıb.
Kıyak dünyada baş verən son hadisələrin işığında özlərinin də “gəzən sursat” ailəsi istehsal etmək üçün “qollarını çırmaladıqlarını” bildirib.
MKE baş direktorunun müavini ümumilikdə 5-6 növ sursat üzərində işlədiklərini qeyd edib.
“Bildiyiniz kimi, “gəzən sursat”ların ən böyük düşməni “jammer” kimi də tanınan qarışdırıcılardır. Birincisi, biz bunu məhv edəcək sursat hazırlayırıq. Havaya atırsınız və siqnal aldığı yerə hücum edir. Daha sonra siz pilotsuz uçuş aparatı sistemlərinizi döyüş meydanında daha rahat istifadə edə bilərsiniz. Bu nöqtədə də MKE olaraq, hamısı GPS-lə idarə olunan qısa, orta və uzun mənzilli üç növ “gəzən sursat” istehsal edəcəyik”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az