"Apple" Böyük Britaniyada bulud məlumat mühafizəsi funksiyasını söndürəcək

2025/02/1740198080.jpg
Oxunub: 328     09:09     22 Fevral 2025    
"Apple Inc." şirkəti Böyük Britaniyada "Advanced Data Protection" (ADP) bulud məlumatlarının qorunması funksiyasını söndürəcək.

Ordu.az-ın məlumatına görə, şirkət bu qərarı KİV-lərin Böyük Britaniya hakimiyyətinin ondan bütün dünyada müştəri məlumatlarına daxil olmaq üçün “arxa qapı” adlı girişinin yaratmasını tələb etməsi barədə xəbərlərindən iki həftə sonra qəbul edib.

"Apple" şirkəti ADP-nin Britaniyadakı yeni istifadəçilər üçün əlçatan olmayacağını deyib. Artıq funksiyadan istifadə edənlər iCloud hesablarını saxlamaq üçün müəyyən müddət ərzində onu əl ilə söndürməli olacaqlar.

"iCloud" üçün olan ADP bulud məlumatları üçün daha yüksək səviyyəli təhlükəsizlik təmin etmək üçün hərtərəfli şifrələmə əlavə edən funksiyadır. O, o cümlədən iCloud ehtiyat nüsxələrini, qeydləri, fotoşəkilləri, mətn mesajlarını və digər məlumatlarınızı qoruyur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Apple   Böyük-Britaniya  


Bizi "telegram"da izləyin