Ukrayna ilə bağlı Avropa müdafiə nazirlərinin fövqəladə toplantısı keçiriləcək

2025/02/1740164318.jpg
Oxunub: 568     23:28     21 Fevral 2025    
Fransa və Estoniya Ukraynaya dəstəyi müzakirə etmək üçün fevralın 24-də Avropa müdafiə nazirlərinin fövqəladə iclasını keçirəcək.

Ordu.az-ın məlumatına görə, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən xəbər verib.

"Bazar ertəsi Fransa və Estoniya Avropa ölkələrinin müdafiə nazirlərinin görüşünə ev sahibliyi edəcək və Ukraynaya dəstəyin artırılması yollarını müzakirə edəcəklər", - deyə bildirilib.

Böyük Britaniya, Almaniya, İtaliya, Polşa da daxil olmaqla ondan çox ölkənin nümayəndələrinin, həmçinin Aİ və NATO nümayəndələrinin iştirakı gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Toplantı  


Bizi "telegram"da izləyin