Belçika Ukraynaya ilk “F-16” partiyasının tədarükünü təxirə salıb

2025/02/1740157342.jpg
Oxunub: 577     21:01     21 Fevral 2025    
Belçikanın 30 “F-16” qırıcısının ilk partiyasının Ukraynaya verilməsi bir il müddətinə təxirə salınıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Belçikanın Baş Qərargah rəisi aviasiya generalı Frederik Vansina bildirib.

Onun sözlərinə görə, göndərilmənin təxirə salınmasına səbəb ABŞ-dən Belçikaya yeni nəsil “F-35” qırıcılarının tədarükünün yubanmasıdır.

“Biz Ukraynanı ilk təyyarələrlə bu ilin sonundan etibarən təchiz etməyə başlayacağımıza ümid edirik”, - qərargah rəisi bildirib.

Xatırladaq ki, ötən il Belçikanın keçmiş müdafiə naziri Lüdivin Dedonder 2024-cü ilin sonuna qədər Belçika hərbi arsenalından çıxarılmalı olan ilk 2 “F-16” qırıcısını Ukraynaya verəcəklərini söz vermişdi.

Belçika ordusu ABŞ-dən yeni nəsil “F-35” qırıcılar gəlməmiş, F-16-ları istismardan çıxarmaq istəmir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belçika   Ukrayna  


Bizi "telegram"da izləyin