Duda Zelenskiyə Trampla sakit və konstruktiv əməkdaşlıq etməyi tövsiyə edib

2025/02/1740145834.jpg
Oxunub: 618     17:39     21 Fevral 2025    
Ukraynada davamlı sülhə nail olmaq üçün ABŞ-nin dəstəyindən başqa başqa yol yoxdur.

Ordu.az xəbər verir ki, bu barədə Polşa Prezidenti Andjey Duda bildirib.

Duda Zelenskiyə Ukraynada sülhə nail olmaq üçün ABŞ Prezidenti Donald Trampla sakit və konstruktiv əməkdaşlıq etməyi tövsiyə edib.

“Zelenski ilə telefon danışığı apardım. Ona Trampla sakit dialoqu və konstruktiv əməkdaşlığı davam etdirməyi tövsiyə etdim. ABŞ-nin dəstəyi qan tökülməsini dayandırmağın və Ukraynada sülhə nail olmağın yeganə yoludur”, - Duda vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Duda   Zelenski   Tramp  


Bizi "telegram"da izləyin