Bolqarıstan parlamenti hərbçilərinin Ukraynaya göndərilməsi imkanını məhdudlaşdırıb

2025/02/1740145051.jpg
Oxunub: 504     17:26     21 Fevral 2025    
Bolqarıstan parlamenti Silahlı Qüvvələrin Ukraynanın ərazisində hər hansı hərbi əməliyyatlarda iştirak etməsinə qadağa qoyan bəyannamə qəbul edib.

Ordu.az "bnr.bg" saytına istinadən xəbər verir ki, sənədin lehinə 166, əleyhinə 27 deputat səs verib. 11 parlamentari isə bitərəf qalıb.

Sənəddə Ukraynada sülhə çağırış edilməklə yanaşı, yaranmış problemin yalnız yekunda Avropada sülhün və təhlükəsizliyin təmin edilməsinə səbəb olacaq danışıqlar yolu ilə həllinə dəstək ifadə olunur.

Bəyannamənin mətnində həmçinin, hökumətə ölkənin beynəlxalq münaqişələrin həllində sülhpərvər və diplomatik addımlarına yönəlik siyasətini davam etdirməyə çağırış da əksini tapıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bolqarıstan   Ukrayna  


Bizi "telegram"da izləyin