Mirziyoyev və Putin strateji tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər

2025/02/1740135275.jpg
Oxunub: 491     14:39     21 Fevral 2025    
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə Rusiya Prezidenti Vladimir Putin iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi ilə bağlı aktual məsələləri müzakirə ediblər.

Bu barədə Ordu.az Özbəkistan liderinin mətbuat xidmətinə istinadən xəbər verir.

Telefon danışığı zamanı tərəflər Prezident Putinin 2024-cü ilin mayında Özbəkistana səfəri zamanı əldə edilmiş razılaşmaların icrasının gedişini müzakirə ediblər.

Dövlət başçıları ticari-iqtisadi və investisiya əməkdaşlığının möhkəmləndirilməsi, eləcə də regionlarda sənaye kooperasiyası sahəsində layihələrin dəstəklənməsi məsələsinə diqqət yetiriblər.

Özbəkistan və Rusiya liderləri, həmçinin beynəlxalq gündəliyin aktual məsələlərinə dair fikir mübadiləsi aparıblar, qarşıdan gələn tədbirlərin qrafikini müzakirə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirziyoyev   Putin  


Bizi "telegram"da izləyin