Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Rəsmilərin dediyinə görə, “Capitol Hill”də qovula və ya uzaqlaşdırıla biləcək generalların və yüksək rütbəli zabitlərin siyahısı hazırlanır.
Siyahını ilk olaraq “NBC News” yayıb.
Heqset noyabr ayında prezident Donald Trampın onu müdafiə naziri vəzifəsinə irəli sürməsindən bir neçə gün əvvəl “woke” rəsmilərin Müdafiə Nazirliyindən uzaqlaşdırılmalı olduğunu deyib.
İşdən çıxarılacağı gözlənilənlərin çoxu Baydenin müdafiə naziri Lloyd Ostin ilə yaxından əlaqəsi var. Generalların və zabitlərin yerlərinə Heqset və Trampla yaxın əlaqələri olan şəxslərin gətiriləcəyi gözlənilir.
Sevinc Əliyeva
Ordu.az