Ordu.az xəbər verir ki, bu barədə “Novinite” məlumat yayıb.
Ər-Riyadda keçirilən ABŞ-Rusiya danışıqları Avropada dərin narahatlığa səbəb olub və bu danışıqların qitədə ABŞ-nin hərbi mövcudluğunun əhəmiyyətli dərəcədə azalmasına səbəb ola biləcəyi qorxusu artıb.
ABŞ prezidenti Donald Tramp ABŞ qüvvələrinin Avropadan tamamilə çıxarılmasını istisna etsə də, Vaşinqtonun bəzi NATO ölkələrindən, xüsusilə də 1990-cı ildən sonra alyansa qoşulanlardan qoşunlarını çıxarmağı düşünə biləcəyi barədə məlumatlar var.
Almaniyanın BILD telekanalının əldə etdiyi məlumata görə, Qərb kəşfiyyat agentlikləri və rəsmiləri Rusiya prezidenti Vladimir Putinin 1990-cı ildən əvvəlki təhlükəsizlik tənzimləmələrinə qayıtmağa çalışmasından narahatdırlar.
Sevinc Əliyeva
Ordu.az