Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
ASELSAN-ın dənizçilik sahəsindəki işlərindən danışan Akyol qeyd edib: “Biz xüsusilə dənizçilik sahəsində demək olar ki, bütün məhsul ailəsini ucdan-uca tamamladıq. ASELSAN olaraq bir döyüş gəmisində lazım olan bütün sensorları və silah sistemlərini milli səviyyədə inkişaf etdirməyi bacardıq”.
ASELSAN-ın dəniz sistemlərində uğurla həyata keçirdiyi layihələrdən bəhs edən Akyol “Göksur” HHM sisteminin də bunun mühüm bir parçası olduğunu vurğulayıb.
“Göksur” əhəmiyyətli bir boşluğu dolduracaq. Qara dənizdə atış uğurla həyata keçirilib. Önümüzdəki dövrdə bunu Türkiyə Hərbi Dəniz Qüvvələrinin, habelə bölgədəki dost və müttəfiqlərimizin inventarında görəcəyik”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az