Zelenski: Ukrayna ABŞ ilə “həqiqətən faydalı” razılaşmaya hazırdır

2025/02/1740111031.jpg
Oxunub: 447     00:42     21 Fevral 2025    
Ukrayna ABŞ ilə investisiya və təhlükəsizlik mövzusunda “güclü, həqiqətən faydalı” razılaşmaya hazırdır.

Ordu.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Volodimir Zelenski ABŞ-nin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşündən sonra “Telegram” məlumat yayıb.

Zelenski iki partiyalı dəstəyə görə Birləşmiş Ştatlara təşəkkürünü bildirib .

Prezident əlavə edib ki, Ukrayna genişmiqyaslı müharibənin lap əvvəlindən sülh üçün səy göstərir.

O vurğulayıb ki, Kiyev Vaşinqtonla birlikdə etibarlı və uzunmüddətli sülh yarada bilər və bunu etməlidir.

“Ukrayna investisiya və təhlükəsizliklə bağlı ABŞ prezidenti ilə güclü, həqiqətən faydalı razılaşmaya hazırdır. Biz nəticə əldə etməyin ən sürətli və konstruktiv yolunu təklif etmişik. Komandamız 24/7 işləməyə hazırdır”, - Zelesnki qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   ABŞ   Razılaşma  


Bizi "telegram"da izləyin