ABŞ-nin bəzi şirkətləri Ukraynaya silah satışını dayandırıb

2024/12/1734584074.jpg
Oxunub: 390     23:40     20 Fevral 2025    
Amerika Birləşmiş Ştatlarının bəzi şirkətləri Ukraynaya silah satışını dayandırıb.

Ordu.az “UNIAN“a istinadən xəbər verir ki, bunu ölkənin milli müdafiə və kəşfiyyat komitəsinin sədri Roman Kostenko məlumat verib.

“Məndə olan məlumata görə, ABŞ-dan Ukraynaya satılan silahların tədarükü dayandırılıb. Bu silahları bura ötürməli olan şirkətlər indi gözləyirlər, çünki hələ qərar yoxdur”, - Kostenko qeyd edib.

Silah tədarükün dayandırılmasının səbəbləri hələlik məlum deyil.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna   Silah  


Bizi "telegram"da izləyin