Ordu.az xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
Açıqlamada qeyd edilib ki, İtaliyanın SAMP/T HHM komandanlıq və idarəetmə sistemi fevralın sonunda NATO-nun Şyaulyayda keçiriləcək təlimi zamanı NATO Hava Polisi Missiyası və Litvanın NASAMS sistemləri ilə inteqrasiya olunacaq.
İtaliyanın HHM sisteminin yerləşdirilməsi NATO-nun 2023-cü ilin iyulunda Vilnüsdə keçirilən Sammiti zamanı razılaşdırılmış NATO-nun rotasiya HHM modelinin həyata keçirilməsi çərçivəsində həyata keçiriləcək.
Rotasiya modeli müxtəlif NATO üzv dövlətlərinə döyüş təyyarələrinin, quru əsaslı hava və raket əleyhinə müdafiə sistemlərinin və dəstək aktivlərinin müntəzəm yerləşdirilməsini nəzərdə tutur və bu, müdafiəni gücləndirməklə yanaşı, məşğələ və məşqlər üçün mühüm imkanlar yaradır.
Sevinc Əliyeva
Ordu.az