Ukrayna IDEX 2025 sərgisində GYURZA-O2-ni nümayiş etdirib

2025/02/1740042539.jpg
Oxunub: 516     12:11     21 Fevral 2025    
Ukraynanın müdafiə istehsalçısı UKR ARMO TECH IDEX 2025 sərgisində müasir döyüş şəraiti üçün nəzərdə tutulmuş yeni zirehli vasitəsi GYURZA-O2-ni təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

UKR ARMO TECH şirkətinin verdiyi məlumata görə, qabaqcıl qoruma və radioelektron mübarizə imkanlarına malik olan bu yeni model bu ilin ikinci rübündə Ukrayna Müdafiə Qüvvələrinə çoxlu sayda təhvil veriləcək.

GYURZA-O2 NATO STANAG 4569 Səviyyə 2 və 3-də təkmil ekipaj və komponentlərin qorunmasını təklif edən xüsusi şassi üzərində qurulub.

Gücləndirilmiş V formalı gövdəsi altında 7,62x39 mm-lik və 7,62x54 mm-lik zirehdəlici mərmilərə, 80 metrdən 155 mm-lik artilleriya mərmisi partlamalarına və 8 kq trotil ağırlığında tank əleyhinə mina partlayışlarına qarşı davamlıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   IDEX-2025   GYURZA-O2  


Bizi "telegram"da izləyin