ABŞ bəzi ölkələri sanksiyalarla hədələyib

2025/01/1737090227.jpg
Oxunub: 504     14:04     27 Yanvar 2025    
ABŞ Konqresi Amerikadan deportasiya olunan mühacirləri qəbul etməkdən imtina edən ölkərə qarşı bir sıra sanksiyalar və sərt ölçülər qəbul etməyə hazırdır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu haqda ABŞ konqresinin nümayəndələr palatasının spikeri Mayk Conson deyib.

“Kolumbiya və yerdə qalan bütün ölkələrin xəbəri olsun ki, Konqres ABŞ-də qanunsuz yolla yaşayan vətəndaşlarını qəbul etməklə bağlı tələbləri yerinə yetirməyə və bu istiqamətdə tam əməkdaşlıqdan imtina edən ölkələrə qarşı sanksiyaları və digər ölçüləri təsdiqləməyə tam hazırdır”, - Conson qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Kolumbiya hökuməti ABŞ-dən deportasiya olunmuş kolumbiyalı mühacirləri daşıyan təyyarələri qəbul etməkdən imtina etmişdi. Bunun əvəzində Tramp administrasiyası Kolumbiyadan idxal olunan mallara 25% civarında gömrük rüsumu tətbiq etməklə hədələmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Sanksiya  


Bizi "telegram"da izləyin