"Sülhməramlıların Ukraynada yerləşdirilməsini müzakirə etmək hələ tezdir" - Şolts

2024/09/1726892319.jpg
Oxunub: 392     20:48     26 Yanvar 2025    
Atəşkəs əldə olunarsa, Avropa qoşunlarının Ukraynaya göndərilməsi imkanını müzakirə etmək hələ tezdir.

Ordu.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts “Handelsblatt” qəzetinə müsahibəsində bildirib.

"Bu və ya digər şəkildə, düşünürəm ki, sülh əldə edildikdən sonra nə baş verəcəyi barədə spekulyasiya etmək tezdir. Mən bu məsələdə Avropanın birtərəfli hərəkətlərinin qəti əleyhinəyəm. Biz çalışmalıyıq ki, etdiyimiz hər şey ABŞ ilə birlikdə edilsin", - deyən Şolts bu yanaşmanı NATO-nun əsas prinsipi adlandırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ukrayna  


Bizi "telegram"da izləyin