"Səudiyyə Ərəbistanından 1 trilyon dollar investisiya istəmişəm" - Donald Tramp

2025/01/1737654037.jpg
Oxunub: 627     04:01     26 Yanvar 2025    
ABŞ-ın keçmiş prezidenti Donald Tramp bir daha bəyan edib ki, Səudiyyə Ərəbistanından Amerika iqtisadiyyatına yatırımları 1 trilyon dollara çatdırmağı xahiş edib.

Ordu.az xəbər verir ki, Tramp, Nevada ştatının Las-Veqas şəhərində çıxışı zamanı deyib:

“Səudiyyə Ərəbistanı ən azı 600 milyard dollar sərmayə yatıracağını açıqlayıb. Hesab edirəm ki, bu məbləği 1 trilyon dollara çatdıracaqlar. Mən onlardan 1 trilyon dollar sərmayə qoymağı xahiş edəcəm.”

Yanvarın 23-də Davosda keçirilən Dünya İqtisadi Forumunda video çıxışı zamanı Tramp bildirib ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və baş naziri Məhəmməd bin Salman Əl Səuddan bu məbləği artırmağı xahiş edəcək.

Tramp əlavə edib ki, Səudiyyə Ərəbistanı belə bir təklifi qəbul edə bilər, çünki ABŞ Krallıqla “çox yaxşı münasibətlər qurub”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   Səudiyyə-Ərəbistanı  


Bizi "telegram"da izləyin