Zelenski: "Ukrayna sülh müzakirələrində Avropa və ABŞ-nin iştirakını istəyir"

2024/12/1734450341.jpg
Oxunub: 674     17:27     25 Yanvar 2025    
Ukrayna Prezidenti Vladimir Zelenski sülh müzakirələrində Avropa və ABŞ-nin iştirakına ümid etdiyini bildirib.

Ordu.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Zelenski Maya Sandu ilə birgə mətbuat konfransında bildirib.

Zelenski ABŞ Prezidenti Donald Trampın müharibəni sona çatdıra biləcəyini, lakin bunun yalnız Ukraynanın müzakirələrə cəlb olunması ilə mümkün olacağını vurğulayıb.

"Rusiya müharibəni sona çatdırmaq istəmir, amma Ukrayna istəyir", - Zelenskiy əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna   Avropa   ABŞ  


Bizi "telegram"da izləyin