Almaniyanın müxalifət lideri müdafiə sahəsində islahatlar planlaşdırır

2025/01/1737781910.jpg
Oxunub: 492     12:30     25 Yanvar 2025    
Almaniyanın müxalifət lideri Fridrix Merz müdafiə sahəsində islahatlar planlaşdırır.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, Merz müdafiə tədarükü sisteminin yenilənməsinə ehtiyac olduğunu düşünür.

Cümə axşamı günü növbəti kansler olacağı gözlənilən müxalifət lideri bildirib ki, Almaniya nəticədə iqtisadi məhsulunun 2%-dən çoxunu müdafiəyə xərcləməli olacaq, lakin əvvəlcə pulun müqabilində daha çox dəyər əldə etmək üçün satınalma sistemində islahatlar aparmalıdır.

Merz Berlində keçirilən toplantıda çıxış edərək deyib: “İstəyirəm ki, biz lazım olan vəsaiti daha səmərəli xərcləyək. Pulumuz üçün daha çox şey əldə edə bilərik və buna görə də tədarük sistemi dəyişdirilməlidir”.

Merz ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Almaniyaya iqtisadi məhsullarının 5%-ni müdafiəyə sərf etmə çağırışını rədd edərək, Berlinin NATO-nun 2%-lik hədəfini normal büdcə çərçivəsində yerinə yetirməsi üçün böyük səy göstərəcəyini deyib.

“Biz öz müdafiəmiz üçün daha çox şey etməliyik, amma açığını deyim ki, irəli sürülən rəqəmlərə inanmıram”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   İslahat  


Bizi "telegram"da izləyin