Ordu.az xəbər verir ki, sistemin 2025-ci ilin sonuna qədər Fransa HDQ üçün ilk əməliyyat qabiliyyətinə sahib olması planlaşdırılır.
Sistem Fransa limanlarına girişin qorunmasına, dəniz qüvvələrinin yerləşdirilməsinə və münaqişəli mühitdə böhranlara cavab verilməsinə və qarşısının alınmasına töhfə verəcək.
SLAMF Fransa-Britaniya Dəniz Minalarına Qarşı Tədbirlər (MMCM) proqramı çərçivəsində həyata keçirilir.
Fransa HDQ-nin məlumatına görə, müdafiə sənayesi korporasiyası “Thales” tərəfindən istehsal edilən sistem dünyanın ilk tam inteqrasiya olunmuş İDP əsaslı mina əleyhinə İDP sistemidir.
Proqram çərçivəsində Fransa 8 ədəd genişləndirilmiş mənzilli A18-M Avtonom Sualtı Platforması satın alacaq və bu platformalar “Thales”in SAMDIS 600 sonarına inteqrasiya olunacaq.
Sevinc Əliyeva
Ordu.az