Tramp Kanadanı ABŞ-nin 51-ci ştatına çevirməkdə israrlıdır

2025/01/1737740865.jpg
Oxunub: 587     21:34     24 Yanvar 2025    
ABŞ prezidenti Donald Tramp Kanadanı ölkənin 51-ci ştatına çevirməkdə israrlıdır.

Ordu.az xəbər verir ki, o, növbəti dəfə bu barədə Şimali Karolinada jurnalistlərə açıqlamasında deyib.

“Mən Kanadanın 51-ci ştat olmasını görmək istərdim. Əgər bu baş versə, Kanada vətəndaşları böyük bir vergi güzəşti əldə edəcəklər. Onların hazırda çox yüksək vergiləri var”, - o bildirib.

Tramp, həmçinin ordu ilə bağlı da müəyyən güzəştlərin tətbiq olunacağını deyib.

Qeyd edək ki, ABŞ prezidenti dəfələrlə oxşar fikirlər səsləndirib. O, sonuncu dəfə yanvarın 6-da Kanadanı ölkəsinin 51-ci ştatı olmağa çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Kanada   ABŞ  


Bizi "telegram"da izləyin