Tramp neftin qiymətinin Ukrayna böhranının həllinə maneə olduğunu deyib

2025/01/1737522999.jpg
Oxunub: 667     20:52     24 Yanvar 2025    
ABŞ prezidenti Donald Tramp bir daha bəyan edib ki, qlobal neft qiymətləri yüksək olaraq qaldıqca, Ukraynadakı münaqişə asanlıqla həll edilməyəcək.

Ordu.az xəbər verir ki, Tramp bu barədə Ukrayna münaqişəsinə münasibət bildirərkən danışıb.

Xatırladaq ki, bir gün əvvəl də amerikalı siyasətçi ilk dəfə olaraq xammalın qiymətləri ilə münaqişə arasında əlaqə olduğunu açıqlamışdı.

O həmçinin neft hasilatını artırmaq üçün OPEC+ və Səudiyyə Ərəbistanına müraciət etmək planı olduğunu açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Ukrayna  


Bizi "telegram"da izləyin