Türkiyə və Aİ Suriyanın təhlükəsiz ölkəyə çevrilməsi üçün birgə çalışmağa davam edəcək

2025/01/1737722772.jpg
Oxunub: 388     16:16     24 Yanvar 2025    
Türkiyə və Aİ Suriyanın təhlükəsiz ölkəyə çevrilməsi üçün birlikdə çalışmağa davam edəcək.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Kaya Kallasla Ankarada birgə brifinqdə deyib.

H.Fidan bildirib ki, bu istiqamətdə Suriyanın yeni hakimiyyəti ilə yaxın münasibət qurulması vacibdir.

“Suriyanın yenidən qurulması bölgə üçün əhəmiyyət daşıyır. Bu, milyonlara suriyalının öz vətənlərinə qayıtması deməkdir”, - o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə     Suriya  


Bizi "telegram"da izləyin