Lavrovun müavini: Ukraynanın NATO-ya daxil olması sülhün əldə olunmasını istisna edir

2025/01/1737708335.jpg
Oxunub: 349     12:32     24 Yanvar 2025    
Rusiya Ukraynanın NATO-ya üzvlüyünü istisna edən zəmanətlərə nail olmağa çalışacaq.

Ordu.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

Onun sözlərinə görə, Ukraynanın NATO-ya daxil olması sülhün əldə olunmasını və hər hansı təhlükəsizlik arxitekturasının yaradılmasını istisna edir. Qruşko onu da bildirib ki, Rusiya Baltik dənizinin NATO-nun “daxili gölünə” çevrilməsinə icazə verməyəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   NATO  


Bizi "telegram"da izləyin