Belarus Prezidenti 15 məhkumu əfv edib

2021/11/16182-1636371823.jpg
Oxunub: 344     12:25     24 Yanvar 2025    
Belarus Prezidenti Aleksandr Lukaşenko 15 məhkumu əfv edib.

Ordu.az BELTA-ya istinadən xəbər verir ki, o, bu barədə müvafiq fərman imzalayıb.

Ekstremist xarakterli cinayətlər törətmiş beş qadın və üç kişi, eyni zamanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum edilmiş yeddi nəfər əfv edilib.

Məlumata görə, son bir il ərzində Belarus Prezidenti 293 nəfəri əfv edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus   Prezident  


Bizi "telegram"da izləyin