Ordu.az xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.
Bu düzəliş hazırkı Prezident Donald Trampa üçüncü prezidentlik müddətinə namizədliyini irəli sürməyə imkan verəcək.
"Cozef Bayden administrasiyasının seçdiyi fəlakətli kursun düzəldilməsi üçün Prezident Trampı lazım olan bütün resurslarla təmin etməyimiz son dərəcə vacibdir", - onun bəyanatında bildirib.
Onun sözlərinə görə, Tramp tənəzzülü geri çevirmək və ABŞ-ni yenidən əzəmətli etmək qabiliyyətinə malik müasir tarixin yeganə fiquru olduğunu sübut edib:
“Bunun üçün Trampa iki prezidentlik müddətindən daha çox vaxt lazımdır”.
"Mən 22-ci düzəlişlə prezidentlik müddətlərinə qoyulan məhdudiyyətlərə yenidən baxmaq üçün konstitusiyaya düzəliş etməyi təklif edirəm. Bu düzəliş Prezident Trampa üç müddət vəzifədə qalmağa imkan verəcək. Millətimizin bu qədər ehtiyac duyduğu cəsur rəhbərliyi qoruyub saxlaya biləcəyimizə zəmanət verəcək", - E.Ogls bildirib.
Təklif olunan dəyişikliyə əsasən, əgər bir şəxs ardıcıl olaraq iki dəfə prezident olmayıbsa onun üçüncü prezident müddətinə namizədliyini irəli sürmək hüququ var.
Ordu.az