İsrail ordusu İordan çayının qərb sahilində reydlər keçirib

2025/01/1737696278.jpg
Oxunub: 438     09:23     24 Yanvar 2025    
İsrail ordusu İordan çayının qərb sahilindəki yaşayış məntəqələrində reydlər keçirib.

Ordu.az-ın məlumatına görə, bu barədə Qətərin "Al Jazeera" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, reydlər zamanı bir neçə fələstinli həbs olunub.

Bildirilib ki, reydlər Qalqilya şəhərinin şərqindəki Azzun qəsəbəsində, Hevron şəhərinin şimalındakı Halhul, Ramallah bölgəsi və Yerixobdakı Ayn-Sultan qaçqın düşərgəsində həyata keçirilib. İsrailin Şərqi Qüdsün şimalındakı Anata qəsəbəsində keçirdiyi əməliyyatlar zamanı bir neçə fələstinli, Tulkərm qəsəbəsində isə daha bir fələstinli həbs edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Ordu   İordan-çayı  


Bizi "telegram"da izləyin