Trampın malikanəsinin divarına dırmaşan şəxs həbs edilib

2025/01/1737695791.jpg
Oxunub: 398     09:43     24 Yanvar 2025    
ABŞ polisi Prezident Donald Trampın Florida ştatındakı Mar-a-Laqo malikanəsinin divarına dırmaşan şəxsi həbs edib.

Ordu.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Palm-Biç şəhərinin polis əməkdaşları cinayətkarı yaxalayan Məxfi Xidmətin agentlərinə kömək etmək üçün mülkə gəliblər. Qeyd olunur ki, ərazinin ətrafında çoxsaylı “giriş qadağandır” nişanları quraşdırılıb.

Telekanalın məlumatına görə, 32 yaşlı Bihan Arceo cinayət törətmək niyyəti ilə qanunsuz girişdə ittiham olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin