Suriyada avtomobil partladılıb, xəsarət alanlar var

2025/01/1737694900.jpg
Oxunub: 1921     23:11     23 Yanvar 2025    
Suriyanın şimalında, Hələb əyalətinin Mənbic şəhərində partlayış baş verib.

Ordu.az-ın xəbərinə görə, bu barədə “Al Ekhbariya” telekanalı məlumat yayıb.

Telekanal qeyd edib ki, minalanmış avtomobil Mənbicdən Hələb şəhərinə (eyni adlı əyalətin inzibati mərkəzi) gedən yolda partladılıb.

Partlayış nəticəsində 5 nəfərin yaralandığı bildirilir. Hadisənin digər təfərrüatları açıqlanmır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Partlayış  


Bizi "telegram"da izləyin