Tramp: "Səudiyyə Ərəbistanının ABŞ iqtisadiyyatına 1 trilyon dollar sərmayə qoyacağını gözləyirəm"

2025/01/1737449726.jpg
Oxunub: 443     22:17     23 Yanvar 2025    
Prezident Donald Tramp Səudiyyə Ərəbistanının ABŞ iqtisadiyyatına 1 trilyon dollar sərmayə qoymağa razılıq verəcəyini gözləyir.

Ordu.az xəbər verir ki, o, bunu Davos İqtisadi Forumunda videobağlantı ilə çıxışında deyib.

“Bu gün bir çox qəzetlərdə Səudiyyə Ərəbistanının ABŞ-yə azı 600 milyard dollar sərmayə qoyduğuna dair xəbərlər var. Bu rəqəm təxminən 1 trilyon dollara qədər yuvarlanmaq üzrədir. Düşünürəm ki, onlar bunu edəcəklər. Çünki biz onlara çox yaxşı münasibət bəsləyirik", - Tramp deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   Səudiyyə-Ərəbistanı  


Bizi "telegram"da izləyin