"ABŞ Çinlə münasibətləri yaxşılaşdırmaqda qərarlıdır" - Tramp

2025/01/1737522999.jpg
Oxunub: 455     21:32     23 Yanvar 2025    
ABŞ Çinlə münasibətləri yaxşılaşdırmaqda qərarlıdır və həmçinin Çinin Ukraynadakı münaqişənin həllinə kömək edəcəyini gözləyir.

Ordu.az-ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Davosda Dünya İqtisadi Forumunun iştirakçıları qarşısında videobağlantı vasitəsilə çıxış edərkən deyib.

"Biz Çinlə yaxşı münasibətlər qurmağı və onlarla yaxşı yola getməyi səbirsizliklə gözləyirik. Ümid edirəm ki, Çin bizə Rusiya və Ukrayna arasında müharibəni dayandırmağa kömək edəcək", - deyə ABŞ prezidenti bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   Çin  


Bizi "telegram"da izləyin