Zaxarova: "Tramp administrasiyasının Cənubi Qafqazla bağlı siyasətini proqnozlaşdırmaq hələlik çətindir"

2023/08/1690973016.jpg
Oxunub: 402     18:12     23 Yanvar 2025    
ABŞ-nin yeni Prezidenti Donald Tramp administrasiyasının Cənubi Qafqazla bağlı siyasətini proqnozlaşdırmaq hələlik çətindir.

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Tramp administrasiyasının Cənubi Qafqazla bağlı siyasətini proqnozlaşdırmaq çətindir: “Əvvəlki illərin təcrübəsi göstərir ki, qeyri-regional oyunçuların müdaxilə cəhdləri yaxşı heç nəyə gətirib çıxarmayıb”.

Zaxarova qeyd edib ki, Rusiya Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu dəstəkləməkdə davam edir və hər zaman iki ölkəyə dəstək verməyə, vətəndaş cəmiyyəti təmaslarının inkişafına, kommunikasiyaların blokdan çıxarılmasına hazırdır.

"3+3 platformasına gəlincə, bu, Cənubi Qafqaz ölkələri arasında dialoqun qurulması üçün perspektivli mexanizmdir. Onun öz vəzifələri və məqsədləri, qarşılıqlı maraq doğuran sahələrdə ardıcıl inkişafı var. Bunun arxasında heç bir “kluar” gündəlik yoxdur, hər şey açıq şəkildə bəyan edilib”, - Rusiya XİN sözçüsü vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Tramp  


Bizi "telegram"da izləyin