Zelenski Putinlə danışıqların mümkünlüyünü istisna etməyib

2023/07/1688200112.jpg
Oxunub: 435     15:42     23 Yanvar 2025    
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampın Ukraynaya təhlükəsizlik zəmanəti verəcəyi təqdirdə Rusiyanın dövlət başçısı Vladimir Putinlə danışıqların mümkünlüyünü istisna etməyib.

Ordu.az xəbər verir ki, o, bu barədə “Bloomberg” agentliyinə müsahibəsində bildirib.

"Əgər Prezident Donald Tramp Ukrayna üçün güclü təhlükəsizliyi təmin edə bilərsə, biz diplomatik yolla gedəcəyik. Başa düşürəm ki, Rusiyasız müharibəni diplomatik yolla bitirmək mümkün deyil", - V.Zelenski bildirib.

O, həmçinin qeyd edib ki, Ukraynada yerləşdirilən sülhməramlı qüvvələrin səmərəli olması üçün onların tərkibinə ABŞ qoşunları daxil edilməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Putin  


Bizi "telegram"da izləyin