Trampın Avropada hərbi kontingenti azaltmaq planı üzə çıxıb

2025/01/1737436698.jpg
Oxunub: 396     15:10     23 Yanvar 2025    
ABŞ prezidenti Donald Tramp Avropada olan amerika hərbi kontingentini 20 min nəfərə qədər ixtisar etmək istəyir.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər rəsmi Brüsseldən olan mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp eyni zamanda dislokasiyası davam edən hərbçilərə görə Avropa ölkələrindən “böyük vəsait” tələb etmək niyyətindədir.

“Tramp bunu onunla əsaslandırır ki, amerikalı hərbçilər bir növ qabaqlama vasitəsi kimi xidmət göstərir və buna görə onların saxlanılması xərcləri təkcə Amerika vergiödəyicilərinin hesabına təmin olunmamalıdır”, - məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Avropa  


Bizi "telegram"da izləyin