İspaniyanın Baş naziri Trampın müdafiə xərcləri ilə bağlı tənqidinə cavab verib

2025/01/1737621000.jpg
Oxunub: 509     16:29     23 Yanvar 2025    
İspaniyanın Baş naziri Pedro Sançes İspaniyanın NATO-dakı mövqeyini dəyərləndirib.

Ordu.az xəbər verir ki, Sançes ABŞ prezidenti Donald Trampın Madridi müdafiə alyansına maliyyə töhfəsi vermədiyinə görə tənqid etməsindən sonra İspaniyanın NATO-da etibarlı tərəfdaş olduğunu deyib.

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda CNBC-yə müsahibə verən Sançes İspaniyanın son on ildə müdafiə xərclərini 70% artırdığını və yeni avadanlıqlara 30% sərmayənin NATO-nun tələb etdiyi 20%-dən çox olduğunu bildirib.

İspaniyanın Baş naziri, həmçinin qeyd edib ki, İspaniya ordusunun NATO əməliyyatlarında iştirakı orta səviyyədən xeyli yüksəkdir.

“Biz etibarlı tərəfdaşıq və düşünürəm ki, bir ölkənin NATO müttəfiqlərinin təhlükəsizliyinə sadiq olub-olmadığını görmək üçün siz buna daha geniş prizmadan baxmalısınız”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   Tramp  


Bizi "telegram"da izləyin