Mühərrik faciəsi: Tayvanda qadın zabit öldü

2025/01/1737613208.jpg
Oxunub: 537     13:19     23 Yanvar 2025    
Tayvan Hərbi Hava Qüvvələri Komandanlığı bir qadın zabitin döyüş təyyarəsinin mühərrikinə ilişərək öldüyünü açıqlayıb.

Ordu.az xəbər verir ki, verilən açıqlamada yanvarın 21-də “Ching Chuan Kang” aviabazasında baş vermiş qəza nəticəsində bir nəfərin öldüyü bildirilir.

Qeyd edilib ki, hadisə Tayvan administrasiyasının yerli istehsalı olan F-CK-1 təyyarəsinin mühərrik hava girişinin qadın zabiti çəkməsi nəticəsində baş verib.

Qəzanın yenicə enən döyüş təyyarəsində adi yoxlamalar aparılarkən baş verdiyi açıqlanıb.

Tayvan administrasiyasının Hərbi Hava Qüvvələri Komandanlığı açıqlama verərək bildirib: “Hu (胡) soyadlı bir zabit reaktivin mühərriki söndürülməzdən əvvəl son rutin yoxlamanı aparırdı, lakin naməlum səbəbdən mühərrik tərəfindən sovrulub”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tayvan   HHQ  


Bizi "telegram"da izləyin