Trampı sui-qəsd cəhdi zamanı qoruyan agent ABŞ Məxfi Xidmətinin rəhbəri təyin edilib

2025/01/1737609846.jpg
Oxunub: 647     08:31     23 Yanvar 2025    
ABŞ prezidenti Donald Tramp ölkənin Məxfi Xidmətinin rəhbəri vəzifəsinə onu Pensilvaniya ştatında sui-qəsd cəhdi zamanı qoruyan Şon Karranı təyin edib.

Ordu.az-ın məlumatına görə, bu barədə Amerika lideri "Truth Social" sosial şəbəkəsində bildirib.

"Şon Karranı Amerika Birləşmiş Ştatlarının Məxfi Xidmətinin növbəti direktoru təyin etmək mənim üçün böyük şərəfdir", - deyə Tramp yazıb.

Onun sözlərinə görə, Karran hüquq-mühafizə orqanlarında 23 illik iş təcrübəsinə malikdir - o, 2001-ci ildə ABŞ Məxfi Xidmətində işə başlayıb.

"O, Pensilvaniya ştatının Batler şəhərində öz həyatını riskə ataraq məni qatilin gülləsindən xilas etməklə qorxmazlığını sübut etdi. Mən tam əminəm ki, Şon Amerika Birləşmiş Ştatlarının Məxfi Xidmətini əvvəlkindən daha güclü edəcək", - deyə Tramp qeyd edib.

Xatırladaq ki, 2024-cü il iyulun 13-də Batlerdə seçki mitinqi zamanı Trampa atəş açılıb. O, yüngül yaralanıb, qulağı zədələnib. Atəş açan - 20 yaşlı amerikalı Tomas Mətyu Kruks Məxfi Xidmət əməkdaşları tərəfindən öldürülüb. Sui-qəsd cəhdindən sonra Kimberli Çitl xidmətin direktoru vəzifəsindən istefa verib, onu müvəqqəti olaraq Ronald Rou əvəz edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Məxfi-Xidmət   Tramp  


Bizi "telegram"da izləyin