Ukraynaya hərbi istehsalı genişləndirmək üçün 15-20 milyard dollar lazımdır

2025/01/1737608607.jpg
Oxunub: 548     23:31     22 Yanvar 2025    
Ukraynaya hərbi istehsalını genişləndirmək üçün 20 milyard dollara qədər maliyyə lazımdır.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın strateji sənaye sahələri naziri Qerman Smetanin Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “Bloomberg” agentliyinə müsahibəsində bildirib.

“Bir çox aspektdən maliyyədən daha çox imkanlarımız var. İstehsalı artırmaq üçün 15-20 milyard dollar tapmalıyıq”, - o deyib.

Nazir Ukraynanın silah, o cümlədən uzaqmənzilli raketlər və pilotsuz uçuş aparatları istehsalını artırmaq niyyətində olduğunu vurğulayıb.

Smetanin onu da qeyd edib ki, xarici yardımdan çox asılı olan Ukrayna iqtisadiyyatı hərbi istehsal ehtiyaclarının yalnız yarısını maliyyələşdirə bilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Davos  


Bizi "telegram"da izləyin