Ordu.az xəbər verir ki, bu barədə “Janes” nəşri məlumat yayıb.
Fransa Aerokosmik Qüvvələri (l'Armée de l'Air et de l'Espace: AAE) “Cognac-Chateaubernard” aviabazasında 11 il davam edən “Reaper Block 1” əməliyyatlarının başa çatdığını qeyd edərək, yanvarın 21-də keçidi elan edib.
AAE rəsmi “X” hesabında verdiyi açıqlamada bildirib: “İndi növbə daha uzun müddət daha da irəli getmək üçün yeni bir addım olan genişləndirilmiş mənzilli versiyası ilə “Reaper Block 5”dədir”.
Fransanın 6 ədəd “Reaper Block 1” Pilotsuz Uçuş Aparatı (PUA) var idi və indi bunların əvəzinə birincisi 2020-ci ildə təhvil verilən 12 ədəd “Reaper Block 5” ER PUA-sından istifadə edilir.
Sevinc Əliyeva
Ordu.az