Türkiyə Trampdan CAATSA sanksiyalarını nəzərdən keçirməsini istəyir

2025/01/1737529868.jpg
Oxunub: 458     13:32     22 Yanvar 2025    
Tramp administrasiyasının Türkiyə ilə bağlı qərarlarına yenidən baxacağı gözlənilir.

Ordu.az xəbər verir ki, bu barədə “Anadolu” Agentliyi məlumat yayıb.

Türkiyə ilə ABŞ arasında müdafiə sənayesi sahəsində əməkdaşlığı inkişaf etdirmək potensialı var.

Yeni dövrdə qarşılıqlı investisiyaların artırılması, müdafiə sənayesində əməkdaşlığın inkişaf etdirilməsi və CAATSA sanksiyalarının ləğvi kimi məsələlər müzakirə olunacaq.

Trampın yeni prezidentlik dövründə ABŞ-nin Düşmənlərinə Sanksiyalar Yoluyla Mübarizə Aktı (CAATSA) çərçivəsində Türkiyə ilə bağlı qərarlarını nəzərdən keçirəcəyi gözlənilir.

İki ölkənin məsələyə “müttəfiqlik” anlayışı ilə yanaşacağı və prosesin müsbət yekunlaşacağı təqdirdə müdafiə sənayesində əməkdaşlığın irəliləyəcəyi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Tramp   CAATSA  


Bizi "telegram"da izləyin