Rubio: ABŞ Ukrayna münaqişəsinə son qoymaq istəyir

2025/01/1737522346.jpg
Oxunub: 404     23:51     21 Yanvar 2025    
Birləşmiş Ştatlar Ukraynadakı münaqişənin davamlı, sülh yolu ilə həllinə nail olmaq niyyətindədir.

Ordu.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “NBS News” telekanalına müsahibəsində deyib.

"Bu münaqişəyə son qoymaq ABŞ-nin rəsmi siyasəti olacaq və biz buna davamlı və sabit şəkildə nail olmaq üçün əlimizdən gələni edəcəyik. Biz istəmirik ki, bu sabitlik iki, üç və ya dörd ildən sonra yenidən müharibəyə çevrilsin”, - Rubio qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin